Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ronaldonun 39 yaşı tamam olur

Baxılıb: 720     Tarix: 05-02-2024 12:27   

Kriştiano Ronaldo fevralın 5-də 39 yaşını qeyd edir.
Qanunvehedef.az-ın Lent.az-a istinadla xəbərinə görə, portuqaliyalı futbol tarixinin ən yaxşı bombardiri, milli komanda səviyyəsində ən uğurlu oyunçu, eyni zamanda "Real"ın rekordçusudur.
O, karyerası ərzində beş "Qızıl top" qazanıb. Kriştianonun həmçinin Çempionlar Liqasında 5, Premyer Liqada 3, La Liqada 2, A seriyasında 2 qələbəsi var. 2016-cı ildə millinin üzvü kimi o, Avropa çempionu olub.
Ronaldo Lissabonun "Sportinq" klubunun yetirməsidir. Hücumçu "Yuventus", "Mançester Yunayted" və "Real"da da çıxış edib. Hazırda Kriştiano Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. 2023/24 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar