Xəbər lenti
Arxiv
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 

“Sabah”ın stadionuna dəymiş ziyanı “Turan Tovuz” ödəyəcək

Baxılıb: 810     Tarix: 08-02-2024 15:31   

Bu gün İntizam Komitəsinin iclası keçirilib. 
Qanunvehedef.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası XXI tur
Azərbaycan Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);
Azərbaycan Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 36.5);
Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılansın (maddə 54.2);

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar