Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ” – “Braqa” matçının biletləri satışa çıxarıldı

Baxılıb: 393     Tarix: 09-02-2024 12:10   

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Braqa” matçının biletləri satışa çıxarılıb. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi səhifəsi məlumat yayıb.
Biletlər bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Braqa” oyunu fevralın 22-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar