Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Qarabağ”la oyun çətin olacaq” - “Braqa”nın baş məşqçisi

Baxılıb: 688     Tarix: 12-02-2024 12:51   

“Başımızı qaldırmalı, irəli baxmalıyıq”.  
Qanunvehedef.az xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje deyib.
52 yaşlı mütəxəssis Portuqaliya çempionatında “Sportinq”ə 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb. O, məsuliyyəti üzərinə götürüb:
“Məsuliyyət və səhvləri üzərimə götürürəm. Təəssüflənmək vaxtı deyil. Çünki Avropa Liqasında “Qarabağ”la vacib matçımız var. “Qarabağ”la matçımız çətin olacaq. Amma “Sportinq”lə görüşü unutmalı və növbəti qarşılaşmaya köklənməliyik”.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda baş tutacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar