Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Avropa Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq - AFİŞA

Baxılıb: 496     Tarix: 22-02-2024 10:26   

"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Oxu.Az məlumatına görə, Azərbaycan çempionu Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq.
İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə - Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. Qurban Qurbanovun kollektivi üstünlüyünü qoruyaraq, 1/8 finala adlamaq və yeni tarix yazmaq arzusundadır.
Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
22 fevral
21:45. "Qarabağ" (Azərbaycan) – "Braqa" (Portuqaliya)
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 4:2.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar