Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Qarabağ"ın Çempionlar Liqasının I raundundakı ilk potensial rəqibi

Baxılıb: 225     Tarix: 01-04-2024 12:11   

Azərbaycan çempionu olan "Qarabağ" 2024-25 mövsümündə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəyə qoşulacaq.
"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlərin sırasında qərarlaşacaq.
"Qarabağ"la yanaşı, ÇL-ə vəsiqəni təmin edən daha 4 komanda - HİK (Finlandiya), "Flora" (Estoniya), "Klaksvik" (Farer adaları) və "Şemrok Rovers" (İrlandiya) də güclülərin arasında olacaq.
Yalnız İslandiya təmsilçisi "Vikinqur"un səpələnməmişlərdə qərarlaşacağı dəqiqdir. Yəni Reykyavik klubu "Qarabağ"ın ilk potensial rəqibidir.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar