Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

AFFA-ya yeni prezident seçilir

Baxılıb: 311     Tarix: 02-04-2024 10:24   

Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.
Qanunvehedef.az  xəbər verir ki, konfransda AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Tədbir saat 10:00-da başlanacaq. Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı da daxildir.
Qeyd edək ki, son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.
Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçiləcək. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar