"Qalatasaray" - "Fənərbağça" derbisində 90 ildən sonra ilk yaşandı
Baxılıb: 724 Tarix: 08-04-2024 15:38
1909-cu il yanvarın 17-də "Papazın Çayırı" adlanan yerdə "Qalatasaray"ın 2-0 qalib gəldiyi matçla başlayan 115 illik rəqabətdə dünən bir ilk yaşanıb.
BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, 50-ci saniyədə "Fənərbağça"nın qapısına qol vuran Mauro İkardi qarşılaşmada ən erkən qolu vuran futbolçu oldu.
1984-cü il aprelin 8-də "Ali Sami Yen" stadionunda keçirilən liqa matçının 55-ci saniyəsində "Qalatasaray"da çıxış edən Mirza Seydiçin vurduğu qol iki komanda arasında keçirilən matçda vurulan ən sürətli qol olub. İki komanda həmin görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Argentinalı futbolçu Mauro İkardi Superkubokun finalında vurduğu qolla əzəli rəqabətin ən tez qol vuran bombardiri olub.
İki komanda arasında indiyə qədər keçirilən matçlarda ikinci dəfə oyun yarımçıq qalıb. Əzəli rəqiblərin 1934-cü il fevralın 23-də İstanbul Liqasında keçirdikləri qarşılaşma da yarımçıq qalıb.
"Taksim" Stadionunda keçirilən matçın 60-cı dəqiqəsində "Qaltasaray"lı Kadri Dağın, "Fənərbağçalı" M. Reşat Nayirə atdığı təpik və Kadrinin üzərinə qaçan "Fənərbağça"lı Fikret Arıcanın, "Qalatasaray"lı Tevfik tərəfində meydandan çıxarılması ilə başlayan mübahisə tribunadakı azarkeşlərin iştirakı ilə böyüyüb.
Yarım qalmış matçdan sonra 9-u "Fənərbağça"dan, 8-i "Qalatasaray"dan olmaqla ümumilikdə 17 futbolçuya uzunmüddətli cəzalar verib.
Bu hadisədən 90 il sonra "Qalatasaray" - "Fənərbağça" matçı ötən gün bir daha yarımçıq qaldı.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər