Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Keçmiş bank işçisi 2 milyon ələ keçirərək ölkədən qaçıb?

Baxılıb: 687     Tarix: 15-05-2024 16:11   

Bakıda 10 nəfərə yaxın şəxs külli miqdarda dələduzluqla üzləşdiklərini bildirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarına şikayət edən şəxslər Rzayev Elmin Rafiq oğlu tərəfindən aldadıldıqlarını və onlara 2 milyon manata yaxın ziyan dəydiyini iddia ediblər.
DİN-in 102 xidmətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən vətəndaşlar E.Rzayevin keçmiş bank işçisi olduğunu, onlara gəlir vəd verərək xeyli miqdarda pul aldığını qeyd ediblər.
Onlar iddia ediblər ki, Elmin bir neçə şəxsdən ekoçanta istehsal etmə, onların ölkədəki xaricə şirkətlərə satışı, ev və maşın alışı-satışı kimi müxtəlif səbəblərlə ümumi 2 milyon manatdan çox vəsait alıb.
Şikayətçilər həmçinin E.Rzayevin həyat yoldaşı və anası ilə birgə aprelin 22-də Azərbaycanı tərk etdiyini deyiblər.
Əldə etdiyimiz məlumata görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində E.Rzayev barəsindəki şikayətlərlə bağlı araşdırmalar aparılır.

Qanunvehedef.azшаблоны для dle 11.2