Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Millimizin rəqibləri müəyyənləşir

Baxılıb: 462     Tarix: 30-05-2024 10:32   

Bu gün futzal üzrə 2026-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
Qanunvehedef.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.
Mərasimdə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri də bəlli olacaq.
Azərbaycan millisi püşkatmada 3-cü səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.
Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.
Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avro-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar