Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında

Baxılıb: 706     Tarix: 30-05-2024 14:40   

Azərbaycanın güləş hakimi Asif Şirəliyev ikinci dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alıb.
Qanunvehedef.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da olimpiadada təmsil olunacaq.
I-S kateqoriyalı referi Asif Şirəliyev ilk dəfə Tokio-2020-də debüt edib. 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək, həmyerlimizə məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn olimpiadada iş başında olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar