Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ronaldodan ANTİREKORD

Baxılıb: 574     Tarix: 02-07-2024 11:24   

Portuqaliya millisinin mərkəzi hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində Sloveniya yığması ilə matçda iştirak edib.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu əlavə vaxtda penalti zərbəsini yerinə yetirə bilməyib. Hücumçunun zərbəsini Yan Oblak dəf edib.
Kristiano 2022-ci ilin fevralından sonra ilk dəfə penalti buraxıb.
Ronaldo 21-ci əsrdə əsas milli komanda turnirlərində 3 penalti zərbəsini qaçıran ilk avropalı olub. O, AVRO-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.
Qeyd edək ki, Portuqaliya millisi Sloveniyanı penaltilər seriyasında məğlub edib.
Roberto Martinezin komandası 1/4 finalda Fransa ilə qarşılaşacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2