Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu

Baxılıb: 455     Tarix: 08-07-2024 12:07   

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.
Qanunvehedef.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində uğurlu çıxış edib.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.
Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.
Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.
Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Qanunvehedef.azшаблоны для dle 11.2