Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Messi Ronaldodan üstündür”

Baxılıb: 582     Tarix: 20-07-2024 16:32   

“Milan”ın sabiq müdafiəçisi Paolo Maldini hücumçular Kriştiano Ronaldo və Lionel Messi arasında seçim edib.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, o, Messini Ronaldodan daha üstün hesab etdiyini bildirib:
“Mən Ronaldonu da, Messini də yaxşı tanıyıram. Hər ikisi son illərdə ardıcıl olaraq “Qızıl top”u qazanıb, lakin mənim fikrimcə, Lionel Kriştianodan üstündür. Ronaldo top oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm”.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində 8 “Qızıl top” qazanıb və bu göstərici üzrə rekordçudur. Ronaldo da öz növbəsində 5 dəfə “Qızıl top”a layiq görülüb.
Xatırladaq ki, 2018-ci ilin avqustunda Maldini “Milan”ın inkişaf üzrə direktoru təyin edilmişdi, bir il sonra isə texniki direktor vəzifəsini almışdı. İtalyan mütəxəssis 2022-ci il Golden Boy Mükafatlarında "Ən yaxşı Avropa meneceri" kateqoriyasını qazanıb. 2023-cü ilin iyununda Maldini “Milan”ın texniki direktoru vəzifəsini tərk edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar