Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

UEFA “Qarabağ”ın cavab oyununun hakimlərini dəyişdi

Baxılıb: 527     Tarix: 24-07-2024 11:34   

UEFA “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la keçirəcəyi cavab oyununun hakimlərini dəyişib.
Qanunvehedef.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı matça Danimarkadan olan hakimlər briqadası gələcək.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Yakob Sundberq idarə edəcək. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR, Yens Maae AVAR kimi iş başında olacaq.
Qeyd edək ki, UEFA daha əvvəl Ukraynadan olan hakimlər briqadasının qarşılaşmanı idarə edəcəyini açıqlamışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar