Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanın Milli komandası Ermənistan yığmalarına qarşı

Baxılıb: 512     Tarix: 25-07-2024 11:47   

Azərbaycanın 18 yaşadək oğlanlardan və qızlardan ibarət basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçlarını keçirəcəklər.
Qanunvehedef.az xəbər verir ki, hər iki komandanın rəqibi Ermənistanın müvafiq yaş qruplarından ibarət yığmaları olacaq.
Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət yığma ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.
Azərbaycanın oğlanlardan ibarət U-18 millisinin B qrupunda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər. Bu qələbə komandanı yarımfinala daşıyıb.
Qeyd edək ki, qızlardan ibarət millinin oyununa bu gün, Bakı vaxtı ilə 16:30-da start veriləcək. Oğlanlardan ibarət yığma isə 18:00-da meydana çıxacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2