Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Elnur Məmmədli: Hidayət çətin insandır, amma sözünə əməl etdi

Baxılıb: 843     Tarix: 30-07-2024 09:37   
Hidayətin Fransada yerli idmançını məğlub etməsi, Azərbaycan bayrağını qaldırması, Dövlət Himnini səsləndirməsi bizi ikiqat sevindirir.
Qanunvehedef.az xəbər verir ki, bunu Report-a Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı, xalqımızı təbrik edirəm. Hidayət gözəl və ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və olimpiya çempionudur. Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm. İdmançılarımız hər şəraitlə təmin olunublar. Cüdo Federasiyasında sistemli iş gedir. Hidayət isə çətin insandır. Amma şükürlər olsun ki, verdiyi sözlərə əməl etdi, qarşısına qoyulan tapşırığı yerinə yetirdi. Böyük qələbədir. Çox sevinirəm. Onun üzərində hamının və mənim də əziyyətim var”, – deyə ACF rəsmisi vurğulayıb.
Vitse-prezident Fransada yerli ilə idmançı ilə görüşməyin çətin olduğunu diqqətə çatdırıb: “Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionudur, reytinqdə ilk pillədədir. Fransalı cüdoçu var gücü ilə güləşirdi. Tribuna da ona dəstək olurdu. Əsas qələbədir. Cüdoçumuz bunu əldə etdi”.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar