Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Erməni futbolçu Bakıya gəlməyəcək

Baxılıb: 503     Tarix: 13-08-2024 10:56   

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Osiyek” daha bir futbolçusunu Bakıya gətirməyəcək.
Qanunvehedef.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bunu baş məşqçi Federiko Koppitelli açıqlayıb.
O bildirib ki, ermənistanlı mərkəz müdafiəçisi Styopa Mkrtçyan Osiyekdə qalacaq: “Styopa Azərbaycanda özünü rahat hiss etməzdi. Ona görə də futbolçumuzu belə vəziyyətə salmaq istəmədik. Styopa olmadan da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq”.
Qeyd edək ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar