Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ali Koçu yıxan şəxs üzr istədi

Baxılıb: 654     Tarix: 20-08-2024 10:12   

Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən “Göztəpə” – “Fənərbaxça” (2-2) matçında “Fənərbaxça” prezidenti Ali Koça hücum edən “Göztəpə” klubunun məmuru Fatih Özkan üzr istəyib.
Qanunvehedef.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
“Futbolumuzun iki görkəmli klubunun qarşılaşması zamanı baş vermiş və gündəmi zəbt etməkdə davam edən bu iyrənc hadisəyə görə son dərəcə təəssüflənirəm. Bütün ictimaiyyətdən, üzvü olduğum “Göztəpə” İdman Klubundan, klubumuzun fəxri prezidenti Mehmet Sepildən, “Fənərbaxça” İdman Klubunun prezidenti Ali Koçdan və bütün “Fənərbaxça” camiəsindən üzr istəyirəm”, - Özkan bildirib.
Xatırladaq ki, oyunun ikinci hissəsində “Fənərbaxça”nın bir qrup azarkeşi tribunaya buraxılmayıb. Fasilə zamanı Ali Koç qonaq azarkeşlərin onlar üçün ayrılmış tribunalara buraxılmaması səbəbindən meydançaya enib və dəstəyini göstərmək üçün həmin istiqamətə gedib. Bu vaxt meydan sahibinin azarkeşləri Koça su butulkaları atıblar. “Göztəpə” klubunun işçisi olduğu deyilən Fatih Özkan isə meydançaya daxil olub və Ali Koçu itələyərək yerə yıxıb.

 Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar