Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycanın iki güləşçisi DÇ-də qızıl medal qazandı

Baxılıb: 534     Tarix: 22-08-2024 11:21   

Azərbaycanın iki güləşçisi İordaniyanın Əmman şəhərində 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.
Qanunvehedef.az xəbər verir ki, Turan Daşdəmirov (51 kiloqram) finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq ikiqat Avropa və ikiqat dünya çempionu ünvanına sahib çıxıb. O, həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.
Ayxan Cavadov (60 kiloqram) isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.
Beləliklə, yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Əmrah Əmrahov (48 kiloqram) dünya üçüncüsü olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar