Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qarabağ” - “Dinamo” matçı məşhur hakimə tapşırıldı

Baxılıb: 865     Tarix: 26-08-2024 13:51   

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.
Qanunvehedef.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.
Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında Zaqrebdə keçirilən ilk oyunda “Dinamo” 3:0 hesablı qələbə qazanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar