Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan milliləri İtaliya yığmaları ilə üz-üzə gələcək

Baxılıb: 753     Tarix: 19-09-2024 11:13   

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gələcəklər.
Qanunvehedef.az xəbər verir ki, qarşılaşmalar VIII tura təsadüf edəcək.
Kişilərdən ibarət kollektiv 10 xalla 14-cü pillədə qərarlaşıb. Lider Hindistanın 14, ikinci sıradakı İranın 13, Özbəkistanın isə 12 xalı var.
Qadınlar isə 10 xalla 19-cudur. Hindistan 14 xalla liderdir. Polşa və Qazaxıstan 12 xala malikdir.
Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.
Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.

Qanunvehedef.azшаблоны для dle 11.2