Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ronaldo Lamin Yamalı təriflədi

Baxılıb: 734     Tarix: 20-09-2024 10:26   

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Barselona”nın 17 yaşlı futbolçusu Lamin Yamal haqqında danışıb.
Qanunvehedef.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Mən Lamin Yamalda böyük istedad görürəm. Əgər onun qarşısına hansısa problem çıxmasa, nəslinin ən yaxşı futbolçulardan biri olacaq”, - deyə ulduz forvard vurğulayıb.
Qeyd edək ki, bu mövsüm ərzində Yamal 5 oyunda meydana çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yamalın “Barselona” ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalı futbolçunun transfer dəyərini 120 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Yamal İspaniya millisinin heyətində Avropa çempionu olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar