Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Qarabağ”ın oyunu ilk “beşlik”də

Baxılıb: 795     Tarix: 24-09-2024 12:42   

Avropa Liqasının ilk turunda mütləq izlənilməli olan oyunlar seçilib.

 UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni formatda keçiriləcək turnirin ilk turunda tamaşaçılara 5 matç tövsiyə edilib.
Onlar arasında “Qarabağ”ın Londonda “Tottenhem”lə keçirəcəyi qarşılaşma da var.
İngiltərə klubunun daxili çempionatda işlərinin yolunda getmədiyi, Azərbaycan çempionunun isə yüksələn qrafik üzrə inkişafda olduğu vurğulanıb: “Çempionatda uğursuz nəticələr göstərən “Tottenhem” durmadan inkişaf edən “Qarabağ” önündə 3 xal axtarışında olacaq. Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər”.
İzlənilməsi məsləhət görülən digər oyunlar isə “Mançester Yunayted” – “Tvente”, “Qalatasaray” – PAOK, “Ayaks” – “Beşiktaş” və “Roma” – “Atletik”dir.
Qeyd edək ki, Avropa Liqasında ilk turun oyunları sentyabrın 25-26-da keçiriləcək.
 “Tottenhem” – “Qarabağ” matçı isə bu ayın 26-sı baş tutacaq.

Qanunvehedef.az




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar