Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Qarabağ" – "Malmö" matçının hakimləri açıqlandı

Baxılıb: 820     Tarix: 01-10-2024 13:21   

Avropa Liqası Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Malmö" matçının hakimləri açıqlanıb.
Qanunvehedef.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Anastasios Papapetru olacaq. Ona həmyerliləri olan laynsmanlar Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcək. Dördüncü hakim funksiyasını Aleksndros Tsakalidis yerinə yetirəcək.
Matçın VAR hakimləri də yunanlardır. VAR Angelos Evangelu, AVAR isə Athanasios Tzilos olacaq.
Qeyd edək ki, "Qarabağ" – "Malmö" qarşılaşması 3 oktyabr tarixində saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar