Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyə millisi şaxtaya görə bu gün oyuna çıxmayacaq?

Baxılıb: 791     Tarix: 14-10-2024 13:23   

UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya - Türkiyə oyunu təxirə salına bilər.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb matçın keçiriləcəyi “Laugardalsvöllur” stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsidir.
Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının nümayəndələri və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. Toplantıda təxirəsalınma ilə bağlı qərar verilməyib.
Lakin meydança bu gün yenidən yoxlanılacaq və UEFA oyunun təxirə salınıb-salınmayacağına dair qəti qərar verəcək.
Həmçinin qeyd olunub ki, “Laugardalsvöllur” stadionunda meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.
Xatırladaq ki, matçın Bakı vaxtı ilə saat 22:45-də başlaması nəzərdə tutumuşdu. Oyun təxirə salınarsa, oktyabrın 15-i baş tutacaq.
Qeyd edək ki, oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar