Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bu gün “Qarabağ” “Ayaks”la qarşılaşır

Baxılıb: 740     Tarix: 24-10-2024 11:14   

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.
Qanunvehedef.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2).
Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir.
Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur.
20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar