Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ruben Amorim “Mançester Yunayted”ə gəlir

Baxılıb: 781     Tarix: 30-10-2024 11:28   

İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi məlum olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “qırmızı-şeytanlar”a hazırda Portuqaliyanın “Sportinq” ( Lissabon) komandasının sükanı arxasında olan Ruben Amorim başçılıq edəcək. Klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.
Amorim Avropa nəhənglərinin hədəfində olan mütəxəssisdir. Onun namizədliyi “Barselona” (Xavi gedəndən sonra) və “Liverpul” (Klopp komandanı tərk etməmişdən əvvəl) tərəfindən ciddi şəkildə nəzərdən keçirilib, eləcə də “Çelsi” onun təyinatı ilə bağlı danışıqlar aparıb.
Bundan əlavə, bildirilir ki, “Mançester Siti” gələn il Amorimi Pep Qvardiolanın varisi olaraq düşünürdü.
Qeyd edək ki, 39 yaşlı Amorim 2020-ci ilin martından “Sportinq”də işləyir. O, komandası ilə 2 dəfə Portuqaliya çempionluğunu, 2 dəfə ölkə kuboku və 1 dəfə ölkə Superkubokunu qazanıb.
Xatırladaq ki, “Mançester Yunayted” ötən gün niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Komanda müvəqqəti olaraq Ruud Van Nistelroya tapşırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking