Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Sabah” Avropa Kubokunda ilk qələbəsini qazandı

Baxılıb: 787     Tarix: 14-11-2024 10:45   

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.
Qanunvehedef.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəlib.
“Bayquşlar” əvvəlki qarşılaşmaların nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, “Sabah” daha əvvəl hər iki görüşdə Yunanıstanın “Marussi” kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, “Norrçepinq Dolfins”ə isə
 Bakıda 70:74 hesabı ilə yenilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}