Xəbər lenti
Arxiv
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Şahmat üzrə birinci “Həmrəylik kuboku” keçirildi

Baxılıb: 724     Tarix: 06-01-2025 13:56   

Sports.az saytının təşkilatçılığı, “Etopaz”ın baş sponsorluğu və “Şah klub”un dəstəyilə media nümayəndələri arasında şahmat üzrə birinci “Həmrəylik kuboku” baş tutub.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə onlayn formatda təşkil olunmuş turnir 9 turdan ibarət dairəvi sistemlə keçirilib.
Həvəskar şahmatçılar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda yekunda 8 xalla İctimai Radionun aparıcısı Əhməd Əliyev çempion olub.
İkinci yeri 6.5 xalla ATV-nin tanınmış aparıcısı İlkin Fikrətoğlu, üçüncü yeri isə 6 xalla Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media departamentindən Emil Əliyarlı tutub.
Qaliblərə və bütün iştirakçılara “Etopaz”ın pul mükafatları təqdim olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar