Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bu gün “Qarabağ”ın oyunu var

Baxılıb: 918     Tarix: 30-01-2025 11:22   

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da sonuncu - 8-ci turun oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Yunanıstan səfərində “Olimpiakos”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlib. “Qarabağ” qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub edib. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.
Bugünkü oyun isə “Qarabağ” üçün formal xarakter daşıyacaq. 3 xalla 34-cü pillədə olan komandanın pley-off şansı qalmayıb. Ötən mövsüm Konfrans Liqasının qalibi olan “Olimpiakos” isə 12 xalla 12-ci pillədədir və ən azı pley-offu təmin edib.
31 yanvar, Avropa Liqası Liqa mərhələsi, 8-ci tur
00:00.
“Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Redu Petresku (Rumıniya)
Pirey. “Georgios Karaiskakis” stadionu

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar