Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Qarabağ” reytinqdə gerilədi

Baxılıb: 805     Tarix: 10-02-2025 10:49   

 Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların fevral ayına görə dünya reytinqini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu dəfə Azərbaycanın 5 komandası siyahıya düşüb.
Onlardan ən yüksək göstəriciyə malik klub “Qarabağ”dır. İlk “yüzlük”də qərarlaşan ağdamlılar 166,25 xalla 87-ci yerdədi. Qurban Qurbanovun yetirmələri son reytinqlə müqayisədə 6 pillə geriləyib.
Siyahıdakı digər təmsilçilərimiz “Sabah” və “Turan Tovuz” da eyni aqibətlə üzləşib. “Sabah” 400-cü yerdən 414-cü pilləyə, “Turan Tovuz” isə 494-cü pillədən 499-cu yerə düşüb. Bakılılar 61, tovuzlular isə 53,75 xala malikdi.
Yalnız “Zirə”nin mövqeyi dəyişməyib. Rəşad Sadıqovun kollektivi 103,25 xalla 208-ci yerdə qalıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar