Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Neftçi” – “Qarabağ” oyununda dava düşdü - 4 nəfər saxlanıldı

Baxılıb: 1 023     Tarix: 17-02-2025 11:38   

Ötən gün “Neftçi” və “Qarabağ” arasında keçirilən Azərbaycan derbisindən öncə azarkeşlər arasında dava düşüb.
Qanunvehedef.az xəbər verir ki, iki komandanın fanatları bir-birlərinə hücum ediblər.
Bununla bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yaşanan insident nəticəsində 4 nəfər saxlanılıb:
“Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır”.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar