Son 1/4 finalçılar məlum olur
Baxılıb: 413 Tarix: 12-03-2025 09:46

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Qanunvehedef.az xəbər verir ki, ikinci oyun günündə daha dörd matç baş tutacaq.
“Atletiko” evdə “Real”la, “Lill” “Borussiya” ilə üz-üzə gələcək. PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
12 mart
21:45. “Lill” (Fransa) - “Borussiya” (Almaniya) (İlk oyun - 1:1)
00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya) (İlk oyun - 1:2)
00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland) (İlk oyun - 7:1)
00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) (İlk oyun - 3:1)
Bundan əvvəl də “Barselona”, PSJ, “İnter” və “Bavariya” 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər