Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı

Baxılıb: 478     Tarix: 01-04-2025 13:11   

Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.
Qanunvehedef.az xəbər verir ki, 1-ci turda Azərbaycanı 8 təmsilçisindən 5-i qələbə qazanıb.
Son Avropa çempionu Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova rəqiblərini məyus ediblər.
Gülnar Məmmədova və Nərmin Abdinova yarım xal qazanıblar. Yeganə məğlub təmsilçimiz isə Lalə Hüseynovadır.
Avropa çempionatı, 1-ci tur
Ülviyyə Fətəliyeva - Elis Deniele Dikens (İngiltərə) - 1:0
Gövhər Beydullayeva - Salomeya Zaksayte (Litva) - 1:0
Gülnar Məmmədova - Anna Xaçataryan (Ermənistan) - 0,5:0,5
Ayan Allahverdiyeva - Panaqiota Kiousi (Yunanıstan) - 1:0
Yona Reçiça (Kosovo) - Türkan Məmmədyarova - 0:1
Marianna Lamprianu (Yunanıstan) - Səbinə İbrahimova - 0:1
Nərmin Abdinova - Lela Cavaxışvili - 0,5:0,5
Lalə Hüseynova - Yolanta Zavatska (Polşa) - 0:1

Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. İlk 10 yeri
tutacaq şahmatçılar dünya kubokuna vəsiqə qazanacaqlar.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar