Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Qəbələ” üçün çempionluq oyunu

Baxılıb: 390     Tarix: 18-04-2025 10:47   

Azərbaycan I Liqasında çıxış edən “Qəbələ” bu gün çempionluğu rəsmiləşdirə bilər.
Qanunvehedef.az xəbər verir ki, bölgə təmsilçisi XXII turda “İmişli” ilə üz-üzə gələcək.
İmişli şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 16:30-da səsləndiriləcək.
Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda qələbə qazanacağı təqdirdə xallarının sayını 58-ə yüksəldəcək. Bu da qalan 5 turun nəticəsindən asılı olmayaraq, çempionluq üçün kifayət edəcək.
Qeyd edək ki, “Qəbələ” hazırda 55 xalla turnir cədvəlində liderdir. Komandanın ən yaxın izləyicisi “Karvan”ın 39 xalı var. Yevlax təmsilçisi bu gün Bakıda MOİK-in qonağı olacaq.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar