Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Fransa - Azərbaycan matçı bu stadionda keçiriləcək

Baxılıb: 704     Tarix: 19-04-2025 09:57   


DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Fransa ilə qarşılaşacağı stadion müəyyənləşib.
Qanunvehedef.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, matç Parisdəki “Park De Prens” stadionunda təşkil olunacaq.
Həmçinin Fransa millisi qrupun digər ev oyunlarında İslandiya (9 sentyabr) və Ukraynanı (13 noyabr) da sözügedən arenada qəbul edəcək. 48 minə yaxın azarkeş qəbul edən bu stadionda PSJ klubu ev oyunlarını keçirir.
O da qeyd olunub ki, oyunlarla bağlı “Stad de Frans” stadionu ilə razılığa gələ bilməyiblər.
Xatırladaq ki, Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.

Qanunvehedef.az






{sape_links}{sape_article}