Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Barselona”ya bir qol bəs etdi - Video

Baxılıb: 489     Tarix: 23-04-2025 09:26   

İspaniya La Liqasında 33-cü tura start verilib.
Qanunvehedef.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Valensiya” doğma meydanda “Espanyol”la heç-heçə edib - 1:1.
Digər görüşdə isə lider “Barselona” evdə “Malyorka” üzərində çətin qələbə qazanıb. Kataloniya təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu 46-cı dəqiqədə Dani Olmo vurub.
Bu nəticədən sonra “Barselona” xallarını 76-ya çatdırıb. “Malyorka” isə 44 xalla 7-ci pillədə qərarlaşıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar