Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xankəndi stadionu yenidən qurulur - Foto

Baxılıb: 752     Tarix: 07-05-2025 12:40   

Xankəndi şəhər stadionu yenidən qurulur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində işlər daha da intensivləşib.
Stadionun tikintisinin bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur. Ümumiyyətlə, 15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib.
Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu stadionda keçirib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən, stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.


Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar