Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

62 ildən sonra ən bərbad göstərici...

Baxılıb: 654     Tarix: 12-05-2025 10:58   

“Mançester Yunayted” ev məğlubiyyətləri üzrə antirekordunu təkrarlayıb.
Qanunvehedef.az xəbər verir ki, Ruben Amorimin komandası Premyer Liqanın 36-cı turunda “Vest Hem”ə qarşı “Old Trafford” stadionunda 0:2 hesabı ilə uduzub.
Bu, “qırmızı şeytanlar”ın bu mövsüm Premyer Liqada evdə aldığı 9-cu məğlubiyyət olub. Beləliklə, klub özünün ən pis nəticəsini təkrarlayıb. Sonuncu dəfə 1962/63 mövsümündə evdə 9 dəfə məğlub olub.
“Mançester Yunayted” hazırda turnir cədvəlində 39 xalla 16-cı yerdə qərarlaşıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}