Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Qarabağ”ın futbolçusu yubiley matçına çıxdı

Baxılıb: 632     Tarix: 12-05-2025 11:12   

Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.
Qanunvehedef.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yubileyi Misli Premyer Liqasının XXXIV turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.
Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.
1. Maksim Medvedev (“Qarabağ”) – 376
2. Qara Qarayev (“Qarabağ”) – 305
3. Aslan Kərimov (“Qarabağ”) – 268
4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254
Riçard Almeyda (“Qarabağ”) – 254
6. Bədavi Hüseynov (“Qarabağ”) - 250

Qanunvehedef.az



{sape_links}{sape_article}