Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanın daha iki cüdoçusu DÇ-də mübarizəyə başlayır

Baxılıb: 466     Tarix: 17-06-2025 10:10   

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq.
Qanunvehedef.az xəbər verir ki, Vüqar Talıbov və Elcan Hacıyev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq.
V.Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradze ilə üz-üzə gələcək.
E.Hacıyev isə 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi 1/32 finalda baş tutacaq Nurbek Murtuzoev (Özbəkistan) - Remi Feullet (Mavriki) görüşündə müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçularımızdan Zelim Tçkayev bürünc medal qazanıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar