Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Sabah”ın Avropa Liqasındakı rəqibi bəlli olur

Baxılıb: 461     Tarix: 17-06-2025 10:24   

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Qanunvehedef.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi “Sabah”ın da rəqibi bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alan “Sabah” daha yüksək reytinqə malik 8 komandadan birinə rəqib olacaq. Bunlar “Hapoel” (Beer-Şeva, İsrail), “Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), “Spartak” (Trnava, Slovakiya), “Selje” (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.
Qeyd edək ki, “Sabah” ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.
Əlavə edək ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz-Naxçıvan”dır (Konfransa Liqası). Bu komandaların rəqibləri isə sabah keçiriləcək püşkatmada bəlli olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar