Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlk dəfə bu ölkədə azərbaycanlı futbolçu çıxış edəcək

Baxılıb: 912     Tarix: 23-06-2025 14:23   

Turan Manafov karyerasını ölkə xaricində davam etdirəcək.
Qanunvehedef.az Sport1.az-a istinadən xəbər verir ki, müdafiəçi Cənubi Afrika Respublikasının "Stellenboş" klubu ilə razılaşıb. Azərbaycanlı futbolçu Premyerşip təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Bu məlumatı oyunçunun məxsus olduğu FMA-nın mətbuat xidməti təsdiqləyib:
"Turan Manafovla klub arasında ilkin müqavilə imzalanıb. Cənubi Afrika Respublikasına getmək üçün viza müraciəti etmişik. Sənəd məsələsi həll olunan kimi Turan həmin ölkəyə yollanacaq və rəsmi müqavilə imzalanacaq. Klubla oyunçu arasında 3 illik saziş bağlanacaq".
Maraq üçün bildirək ki, ilk dəfədir, bir azərbaycanlı futbolçu Cənubi Afrika Respublikasında çıxış edəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar