Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qalatasaray” Oşimen ilə razılığa gəldi

Baxılıb: 467     Tarix: 09-07-2025 11:15   

“Qalatasaray” klubu nigeriyalı hücumçu Viktor Oşimenin transferi üçün "Napoli" ilə danışıqları davam etdirir.
Qanunvehedef.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı futbolçu ilə artıq “3+1” illik müqavilə barədə razılığa gəlib. Hazırda əsas diqqət Neapol klubunu razı salmağa yönəlib.
İtaliya klubu Oşimenin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma şərtini tələb edir. Qalatasaray əvvəlcə bu məbləği 5 hissədə 50 və 60 milyon avro olmaqla ödəməyi təklif etsə də, “Napoli” prezidenti Aurelio De Laurentis 75 milyon üçün israr edir.
Türkiyə mətbuatına görə, “sarı-qırmızılar” son olaraq 75 milyon avronu 4 ilə 5 mərhələdə ödəməyi təklif edib. Klub rəsmilərinin bu gün bir araya gəlib görüşəcəyi və transferin yaxın zamanda yekunlaşa biləcəyi gözlənilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar