Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ” bu gün iki dəfə “Tvente” ilə oynayacaq

Baxılıb: 402     Tarix: 11-07-2025 10:47   

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.
Qanunvehedef.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.
İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub - 4:5. “Qarabağ” Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.
İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.  
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar