Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ”ın futbolçusu avrokuboklarda 100-ə çatdı

Baxılıb: 925     Tarix: 31-07-2025 14:23   

“Qarabağ”ın futbolçusu Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib. 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0)  təsadüf edib.
Qanunvehedef.az PFL-ə istinadən xəbər verir ki, o, qitə kuboklarında 2018-ci ildə debüt edib. Zubir avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib. Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb.
O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir. Zubir klublarımızın heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar