Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

AFFA Premyer Liqanın 2 klubuna möhlət verdi

Baxılıb: 920     Tarix: 31-07-2025 15:03   

AFFA ötən mövsümün yekununa əsasən Premyer Liqaya yüksəlmiş 2 kluba möhlət hüququ verib. Söhbət “Karvan” və “İmişli”dən gedir.
Qanunvehedef.az xəbər verir ki, AFFA-nın yaydığı məlumatda bildirilir:
“AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara (“Karvan-Yevlax” FK, “İmişli” FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar