Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

Baxılıb: 614     Tarix: 04-08-2025 10:40   

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Qanunvehedef.az xəbər verir ki, tədbir saat 14:00-da başlayacaq.
Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi məlum olacaq.
Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Bodo-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya), “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və ya “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.
“Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda reallaşacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar