“Təkrarolunmazlığı, xalqına və dövlətinə şərəfli xidmətləri ilə seçilən Azərbaycan Polisinin hər kəsə örnək olan ailə tarixçəsi”
Baxılıb: 799 Tarix: 04-09-2025 12:04

Hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində Polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir.Bu peşədə xidmət edənlər isə hər zaman öz böyüklüyü, təkrarolunmazlığı, xalqına və dövlətinə xidmətləri ilə seçilən nadir insanlardır. Həmin insanlar haqqında yazmaq isə olduqca məsuliyyət tələb edir.
Əlbəttə, üzərimə böyük məsuliyyət düşür.Etiraf edim ki, mən qələmimlə bu vəzifəni yerinə yetirməkdə böyük məsuliyyət hissi ilə yanaşı, özümlə qürur duyuram, Azərbaycan Polisi!
Bu dəfə də, məqalə yazmağa qələmim çox iti və cəlddir.
Sizlərə azərbaycanlı xanım boksçu Emili Rzayevanın karyerası, idmana gəlişi və qarşılaşdığı çətinlikləri və həmçinin ona idman sahəsində atası və onun bugünə qədər uğur, nailiyyətlərinin arxasında dayanan, ona dəstək olan müəllim kimi idman ustası və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayev- bir sözlə, Rzayevlər ailəsi haqqındadır.
Bəs görəsən, Rzayevlər ailəsinin üzvləri kimlərdir?
Tam adı - Emil Nazim oğlu Rzayev
Vətəndaşlığı -Azərbaycan
Doğum tarixi - 01.05.1975
Doğum yeri -Bakı şəhəri
Boyu -1.75 sm
Çəkisi-105 kq
İdman növü-Sərbəst Güləş,
Əlbəyaxa döyüşü “Şərq” döyüş idman növləri
Karyera illəri- 1983-cü ildə
Təhsili -1993-1997-ci illər Azərbaycan Texniki Universiteti,
2006-2009-cu il Azərbaycan Polis Akademiyası
İxtisası- Ali dərəcəli hüquqşünas,
Daxili İşlər Orqanları -1999-cu il, polis polkovnik-leytenantı
İdman dərəcəsi -Azərbaycan Respublikası Sərbəst güləş üzrə idman ustası
Övladlarının (Emili və Xanum) şəxsi məşqçisi
Emil Nazim oğlu Rzayev 1 may 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, ilk orta təhsilini Yasamal rayon ərazisində yerləşən 167 № li tam orta məktəbində almış, ali təhsilini isə əvvəlcə 1993-cü ildə daxil olduğu Azərbaycan Texniki Universitetini 1999-cu ildə bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Polis Akademiyasının ali dərəcəli hüquqşünas ixtisasında davam etdirmiş 2009-cu ildə başa vurmuşdur . Müsahibim peşəkar idman fəlaliyyətinə 1983-cü ildən başlamış və bugünə kimi uğurları ilə davam etdirməkdədir.
1997-ci ildə Azərbaycan Respublikasının Sərbəst Güləş üzrə idman ustası adına layiq görülmüş Emil Rzayev əvvəlcə Daxili İşlər Nazirliyinin Polis orqanlarında cinayətkarlığa qarşı mübarizədə əməliyyat müvəkkili işləmiş, hazırda isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı olaraq xidmətini şərəflə yerinə yetirməkdədir.
Kikboks -К 1, 2019-cu ildə Uşusanda-konfusanda üzrə respublika çempionu, Avropa və Dünya kubokunun qalibi, 2 dəfə Muay Thai üzrə Avropa çempionu, boks üzrə beynəlxalq turnirlərin qalibi və sonda İtaliyanın Montesilvano şəhərində keçirilən Dünya və Avropa birinciliyinin Qızıl medal mükafatçısı, Azərbaycan Respublikasında 17 yaşında idman ustası adına layiq görülmüş “Meqaladon” ləqəbli Emili Rzayeva...
Tam adı - Emil qızı Rzayeva
Vətəndaşlığı -Azərbaycan
Doğum tarixi- 23 avqust 2006
Doğum yeri- Bakı şəhəri
Boyu- 1.70 sm
Çəkisi-65 kq
İdman növü - boks, kikboks -К 1, Uşusanda, Muay Thai
Karyera illəri- 2017-ci ildən bugünə kimi
Məşqçisi-ilk şəxsi məşqçisi atası Emil Rzayev Nazim oğlu
Təhsili- 2022-ci ildə İdman Akademiyası
Ləqəbi - “Meqalodon”
İdman dərəcəsi - 2023-cü ildən Azərbaycan Respublikasının İdman ustası
Karyera fəaliyyəti
Cüdo üzrə 2019-2020-ci ildə Beynəlxalq turnirlərin qalibi
Wako Avropa Çempionatı - 2021-ci ildə (kikboksinq k-1)-ll yer
WAKO Dünya Kuboku -2022-ci ildə (kikboksinq k-1) l yer
Boks üzrə Avropa Çempionatı - 2022-ci ildə Qadınlararası çempion
Muaytay üzrə Avropa Çempionatının 2 qat qalibi (2022–2023)
2-ci MDB ölkələrarası Oyunların Avropa mükafatçısı (2022)
Avropa Oyunları (muaytay) 2023-cü ildə -lll yer
Boks üzrə Dünya Kubokunun qalibi (2023)-l yer
Azərbaycan Respublikası İdman Ustası- 2023-cü ildə
5 il ərzində verdiyi nəticələr-2017-2023-cü illər
Boks üzrə Muaytay Avropa çempionu-2022-2023-cü illər
Muaytay Avropa oyunları mükafatçısı-2023-cü il
Boks üzrə Dünya Kubokunun qalibi-2023-cü il
Boks üzrə beynəlxalq turnirlərin qalibi-2021,2022, 2023-cü illər
Kikboks -К 1-2022-ci ildə Dünya Kubokunun qalibi
Emili Emil qızı Rzayeva - 23 avqust 2006-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 2012-ci ildə ilk orta təhsilini Yasamal rayon ərazisində yerləşən və illərdən bəri öz nümunəvi fəaliyyəti ilə fərqlənən təhsil ocaqlarından biri olan 167 №li və sonradan 158 № li tam orta məktəbində almış və 2023-cü ildə isə Azərbaycan İdman Akademiyasına qəbul olmuşdur. Müsahibim hazırda 2 (ikinci) kurs tələbəsi olsa da, hazırda o, Abşeron “Logistika Mərkəzi”ndə əməliyyatçı vəzifəsində xidmət edir.
Ailədə özündən başqa 1 (bir)kiçik bacısı var.
Məlumat üçün bildirək ki, Emili Rzayeva 2025-ci ilin qarşıdakı aylarında Səudiyyə Ərəbistanının paytaxtı və ən böyük şəhəri Ər-Riyadda keçiriləcək 4-cü İslam oyunlarına hazırlaşır.
Müsahibimin gənc yaşlarından (17 yaş) “Şərq” döyüş idman növləri ilə fərdi məşğulunda və eləcə də onun ilk nailiyyətlərinin olmasında şəxsi məşqçisi məhz atası Emil Rzayev olmuşdur.
Beləliklə, peşəkar karyerasına 2017-ci ildən başlayan və bugünə kimi davam etdirən Emili Rzayeva 4 idman növündən yüksək nəticə əldə etməklə, Azərbaycan Respublikasının İdman ustası fəxri adına layiq görülmüşdür.
Əsasən, müsahibim Azərbaycanın hüdudlarından kənarda və həmçinin beynəlxalq turnirlərin qalibi olaraq ölkəmizin adına layiq qələbələr qazanmışdır.
Bununla da üçrəngli bayrağımızın dünya və Avropa ölkələrinin idman arenalarında dalğalanmasında böyük rolu olmuş Emili Rzayeva böyük uğurlar qazanmış ilk xanım idmançılarımızdandır.
Xanım idmançı demişkən... Xanım və boks?
Maraqlıdır, cəmiyyətdə buna münasibət necədir?
Təbii ki, cəmiyyətdə buna münasibət heç də birmənalı deyil.Baxmayaraq ki, Emili Rzayeva dünyanın ən güclü yeganə qadın idmançı döyüşçüsüdür. Onu yaşıdlarından və digər idmançılardan fərqləndirən cəhət hər zaman qalib olmasıdır. Çünki, Emili 2017-ci ildə 11 yaşı olmaqla çox gec başlamış və qısa müddət ərzində yüksək nəticələr əldə edərək ayrı-ayrı idman növlərindən dünya arenalarından bir çox qızıl medallar gətirmişdir.
Apardığımız tədqiqatlar göstərir ki, Emili Rzayeva Azərbaycanda yeganə qadın idmançıdır ki, 4 il ərzində (qısa müddət) 4 idman növü üzrə ölkəmizə 40-dan çox medal qazanıb gətirmişdir.
Xatırladım ki, Azərbaycanda Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı və 1999-cu ildə Azərbaycan Boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında (15-16 yaşlılar), Avropa çempionatı keçirilib.
Qeyd edək ki, müsahibimiz Azərbaycan Boksunun tarixində yeniyetmələr arasında ilk Avropa çempionu adını qazanan xanım olub. Yarışda 70 kq çəki dərəcəsində mübarizə aparan 1.70 sm boylu idmançımız bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində ilk Qadın Avropa çempionu kimi imza atıb.
İndi isə Emilinin özündən kiçik bacısı olan Xanum Emil qızı Rzayevanın Kikboks, boks, taekvando idman növü ilə məşğul olması barədə məlumat verək.
Tam adı - Xanum Emil qızı Rzayeva
Vətəndaşlığı -Azərbaycan
Doğum tarixi- 1 iyun 2017
Doğum yeri-Bakı şəhəri
Təhsili- Yasamal rayonu 167 saylı tam orta məktəb
İdman növü- Kikboks, boks, taekvando
Məşqçisi-ilk şəxsi məşqçisi atası Emil Rzayev
2024-cü ildə Kikboksinq şəhər və ölkə çempionu
Ləqəbi - “RAPTOR-XANİ”
Xanum Emil qızı Rzayeva- 1 iyun 2017-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Müsahibim hələ erkən yaşlarında (7 yaş) 2024-cü ildə Bakı və Azərbaycan çempionu olmuşdur.
Xanum Rzayeva orta təhsilini 2024-cü ildə Yasamal rayonu ərazisində yerləşən 167№ tam orta məktəbində almışdır. Hazırda isə o, təhsilini 2-ci sinif şagirdi olaraq uğurla davam etdirməkdədir.
Nəzərə alsaq ki, onun idman sahəsində şəxsi məşqçisi atası Emil Rzayev olduğundan balaca Xanumun idman sahəsində fəaliyyəti üzrə gələcəkdə böyük uğurlar əldə edəcəyinə əminik.
Biz isə öz növbəmizdə bunu yaza bilərik ki, Boks Kikboksinqin ən ağır idman növlərindən biri hesab olunur. Bu idman təkcə hücüm üçün deyil, eyni zamanda müdafiə üçündür. Ayaqla zərbə yumruq eyni vaxtda işləndiyi üçün xüsusi əlcək, kaska və diş üçün qoruyuculardan istifadə etmək mütləqdir.
Əsas odur ki, istənilən meydanda rəqibin qarşısında möhkəm dayanmaq lazımdır. Unutmayın döyüşçülər təslim olmurlar, döyüşün nəticəsindən asılı olmayaraq döyüşürlər.
Biz də Azərbaycan vətəndaşı olaraq çalışmalıyıq ki, həmişə qalib gələnlər sırasında olaq. Çünki, gələcək bizimlə gələcək!

“Azərbaycan Jurnalistlər Birliyinin üzvü”,
Jurnalist-yazar, araşdırmaçı.
Ən çox oxunanlar
Son xəbərlər